22 noyabr 2010 12:27
Maksim Medvedev: Komandamızı tilsimləyiblər
Qarabağ`ın müdafiəçisi Maksim Medvedev oktyabrın əvvələrində millinin düşərgəsində zədələndikdən sonra bərpa prosesi zamanı yenidən sıradan çıxdı. Azerisport.az xəbər verir ki, artıq fərdi məşqlərə başlayan 21 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında Neftçi ilə oyuna qədər hazır olmaq üçün əlindən gələni etdiyini bildirib:
“Demək olar ki, ay yarımdı yaşıl meydanlara hərət qalmışam. Futboldan belə uzaq qalmağım heç yadıma gəlmir. Elə bil komandamızı tilsimləyiblər. Oyunçularımız zədələnir, vurduğumuz toplar qapıya girmir. Əvəzində qapımıza ilk təhlükə qolla nəticələnir. Bizim komanda çətin günlərdə toparlanmağı bacarıb. İnanıram ki, hazırda layiq olmadığımız yerdə qərarlaşsaq da, tezliklə özümüzü düzəldəcəyik. Zədələlilərimiz də sağalır. Artıq fərdi məşqlərə başlamışam. Neftçi ilə oyuna qədər çalışacam ki, formamı bərpa edim. Təbii ki, oynayıb-oynamamağım baş məşqçimizdən asılıdı. Amma derbidə oynamaq üçün canla-başla hazıram”.
