22 noyabr 2010 12:38
Berti Foqtsun komandası Leypsiqdə də məğlub oldu
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts noyabrın 20-də Almaniya Demokratik Respublikasının (ADR) yığması ilə keçirilən qarşılaşmada Almaniya Federativ Respublikasının (AFR) yığmasının sükanı arxasında da məğlubiyyət acısı yaşayıb. Azerisport.az xəbər verir ki, iki ölkənin birləşməsinin 20-ci ildönümü şərəfinə təşkil olunan və “Əfsanələr matçı” adlanan oyunda bir çox almaniyalı veteran futbolçu çıxış edib.
AFR-in heyətində Yurgen Klinsmann, Andreas Köpke, Lotar Matteus, Andreas Breme, Tomas Bertold, Ştefan Röyter, Tomas Helmer, Kristian Vörns, Mixael Şults, Qvido Buhvald, Hansi Müller, Uli Borovka, Karlhaynts Ridle kimi məşhur oyunçular yer alıblar. Məhz bu futbolçuların baş məşqçi isə Berti Foqts olub. ADR-in tərkibində isə Tomas Doll, Ulf Kirsten, Andreas Tom, Detlef Şösler, Darius Voş, Olaf Marşall, Matias Döşner, Frank Liberam, Perri Brautiqam və digərləri çıxış ediblər.
Qarşılaşmaya gəlincə, Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da baş tutan görüş ADR-in 2:1 hesablı qələbəsiylə başa çatıb.
