22 noyabr 2010 12:44
Xəzər Lənkəran`ın yeniləri haqda dekabrın 15-dən sonra qərar veriləcək
Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik bildirib ki, komandasına gətirəcəyi yeni futbolçular haqda qərarlarını dekabrın 15-dən sonra verəcək. Azerisport.az xəbər verir ki, o, bu haqda Rumıniya mətbuatına açıqlamasında məlumat verib:
“Bu haqda danışmaq hələ bir qədər tezdi. Biz transfer çalışmalarına gələn ayın ortalarından sonra başlayacağıq”.
