23 noyabr 2010 12:58
AFFA birinci divizion klublarını da cəzasız qoymadı
Bu gün AFFA İntizam Komitəsinin iclasında birinci divizion komandaları arasında keçirilən ölkə çempionatının da sonuncu – 11-ci turu ilə bağlı qanun pozuntularına hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Şəmkir – Sumqayıt matçında Şəmkir`in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində Şəmkir`in futbolçusu Rafəddin Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
Abşeron – Göyəzən matçının 84-cü dəqiqəsində Göyəzən`in futbolçusu Qoşqar Sarıyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Rəvan – Karvan matçının 64-cü dəqiqəsində Rəvan`ın futbolçusu Bəxtiyar Mehrəliyevlə Karvan`ın futbolçusu Ramil Mehdiyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 2 oyunluq cəzalanıblar, klubları da 200 manat cərimə olunublar.
