23 noyabr 2010 13:22
Hiddinkdən Trabzonspor`un oyunçusuna sərt xəbərdarlıq
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink Trabzonspor`un oyunçusuna sərt xəbərdarlıq edib. Azerisport.az xəbər verir ki, bu futbolçu milli komandaya əsas namizədlərdən hesab olunan Engin Baytar olub.
Buna onun Superliqanın son turunda millimizin kapitanı Rəşad Sadıqovun komandasıyla – Eskişehirspor`la qarşılaşmada əvəzləndiyi zaman baş məşqçisi Şenol Günəşə hörmətsizlik etməsi səbəb olub. Qarşılaşmanı televiziya vasitəsilə izləyən hollandiyalı mütəxəssis dərhal köməkçisi Oğuz Çetinə zəng vuraraq, gənc futbolçuya ciddi xəbərdarlığını çatdırmağını istəyib. O, bir daha elə hərəkətlər edəcəyi halda, Enginin əsas komandaya çağırılmasının çətin olduğunu qeyd edib.
