23 noyabr 2010 13:45
Ruslan Abışov: Qarabağ`la oyuna mütləq qələbə qazanmaq üçün çıxacağıq
Neftçi`nin və millimizin müdafiəçisi Ruslan Abışov paytaxt klubunun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, son turda keçirilən Qəbələ və qarşıdakı Qarabağ ilə oyunlar haqda danışan futbolçu bunları vurğulayıb:
“Biz Qəbələ ilə görüşə 3 xal qazanmaq üçün çıxmışdıq. Bilirdik ki, Qəbələ müdafiə futbolu oynayacaq və onlar bura bir xal üçün gəliblər. Oyunda üstün tərəf idik, qol imkanlarımız oldu, ancaq fərqlənə bilmədik. Minimal hesabla olsa belə qələbə qazana bilərdik, amma qismət olmadı. Ruhdan düşmürük, qarşıdakı oyuna ciddi hazırlaşırıq. Qarabağ Premyer Liqanın iddialı klublarından biridir. Düzdür, son vaxtlar uğursuz çıxış edirlər. Düşünürəm ki, onlar bizimlə görüşə dönüş nöqtəsi kimi baxırlar. Turnir cədvəlində liderliyimizi qorumaq üçün rəqiblə oyuna mütləq qələbə qazanmaq üçün çıxacağıq”.
