23 noyabr 2010 14:11
İnter`in hücumçusu rəqibini kəlləylə vurmasının cəzasını 3 oyuna çəkəcək
İtaliya Futbol Liqası Milanın İnter klubunun hücumçusu Samuelə Etonu üç oyunluq cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna onun İtaliya A seriyasının son turunda Kyevo ilə qarşılaşmanın 38-ci dəqiqəsində rəqib müdafiəçi Bostyan Sezarın sinəsinə kəllə ilə zərbə vuraraq, onu yerə yıxması səbəb olub.
Kamerun millisinin də şərəfini qoruyan Samuelin 1:2 hesabıyla məğlub olduqları qarşılaşmada yol verdiyi hərəkət 2006-cı ilin dünya çempionatının finalında fransalı Zinəddin Zidanın Marko Materatsini kəllə ilə vurmasını xatırladıb. Lakin maraqlıdır ki, bu epizod oyunun baş hakiminin gözündən yayınıb. Yalnız oyundan sonra videogörüntülər əsasında İnter`in üzvünün hərəkətini aşkarlayan İFL onu sərt cəzalandırmaq məcburiyyətində qalıb.
