23 noyabr 2010 14:43
Rəqibini dişləyən futbolçu cəzasını aldı
Hollandiyanın Ajax klubunun və və Uruqvay millisinin hücumçusu Luis Suares cəzaya məruz qalıb. Azerisport.az xəbər verir ki, buna onun son turda oynanılan PSV Eindhoven ilə qarşılaşmada rəqib futbolçunu dişləməsi səbəb olub.
Lakin futbolçusunun bu hərəkətini hələlik Ajax rəhbərliyi özü müəyyənləşdirib. Yəni Suares qarşıdakı iki oyunda meydana çıxmamaq cəzasını klub rəhbərliyi tərəfindən alıb. Rəhbərlik ona hətta pul cəzası kəsildiyini də bəyan edib.
Buna baxmayaraq, hələ uruqvaylı gənc hücumçuya Hollandiya Futbol Federasiyasının da cəza verəcəyi gözlənilir. Klubun qərarına görə Venlo və Nijmegen ilə matçları buraxmalı olan futbolçunun HFF tərəfindən neçə oyunluq cəzalanacağı isə dəqiq bilinmir. Ancaq bütün bunlara rəğmən Suares bu gecə oynanılacaq Real ilə qarşılaşmada forma geyə biləcək.
