24 noyabr 2010 01:35
Romada inanılmaz əzmkarlıq, Real Ajax`ı əzib keçdi, Arsenal uduzdu (YENİLƏNİB)
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə yenə 4 qrupda 8 möhtəşəm oyunun şahidi olduq.
E, F, G və H qruplarına təsadüf edən bu oyunlar arasında ən prinsipiallarından biri İtaliyanın paytaxtı Romada yerli Roma ilə Bayern Munich arasında keçirildi. Roma ilk görüşdə səfərdə uduzduğu bu komandanın itkisiz oyunlar seriyasına son qoymaq istəyirdi. Çünki bu, meydan sahiblərinin növbəti mərhələyə çıxması baxımından da böyük əhəmiyyət daşıyırdı. Qarşılaşmanın ilk yarısında 2 qol vuran almanlar meydan sahiblərini çətin vəziyyətə salsa da, italiyalılar fasilədən sonra inanılmazı gerçəkləşdirdilər və əzmkar qələbə qazandılar. Real`ın Ajax üzərində 4 cavabsız qolla qələbə qazandığı gecədə Arsenal`ın uduzması diqqətçəkən oldu.
Çempionlar Liqası
Qrup mərhələsi
23 noyabr
E qrupu
Roma (İtaliya) - Bayern Munich (Almaniya) - 3:2
Qollar: Boryello, 49, De Rossi, 81, Totti, 84-pen - Qomes, 33; 39.
Basel (İsveçrə) - CFR Cluj (Rumıniya) - 1:0
Qol: Almerares, 15.
Matçın 88-ci dəqiqəsində qonaqların heyətində Piççolo qırmızı vərəqə alıb.
| 1 | Bayern M | 5 | 4 | 0 | 1 | 13 | - | 6 | 12 |
| 2 | Roma | 5 | 3 | 0 | 2 | 9 | - | 10 | 9 |
| 3 | Basel | 5 | 2 | 0 | 3 | 8 | - | 8 | 6 |
| 4 | CFR Cluj | 5 | 1 | 0 | 4 | 5 | - | 11 | 3 |
F qrupu
Spartak (Moskva, Rusiya) – Marseille (Fransa) - 0:3
Qollar: Valbuena, 18, Remi, 54, Brandao, 68.
Matçın 64-cü dəqiqəsində meydan sahiblərinin heyətində Velliton qırmızı vərəqə alıb.
Chelsea (İngiltərə) - Zilina (Slovakiya) - 2:1
Qollar: Sturridge, 51, Maluda, 86 - Bello, 19.
| 1 | Chelsea | 5 | 5 | 0 | 0 | 14 | - | 3 | 15 |
| 2 | Marseille | 5 | 3 | 0 | 2 | 11 | - | 3 | 9 |
| 3 | Spartak | 5 | 2 | 0 | 3 | 5 | - | 9 | 6 |
| 4 | Zilina | 5 | 0 | 0 | 5 | 2 | - | 17 | 0 |
G qrupu
Ajax (Amsterdam, Hollandiya) - Real (Madrid, İspaniya) - 0:4
Qollar: Benzema, 36, Arbeloa, 44, Ronaldo, 70, 81-pen.
Matçın 87-ci və 90-cı dəqiqələrində Real`da Alonso və Ramos qırmızı vərəqə alıb.
Auxerre (Fransa) – Milan (İtaliya) - 0:2
Qol: İbrahimoviç, 65, Ronaldinyo, 90.
| 1 | Real M | 5 | 4 | 1 | 0 | 11 | - | 2 | 13 |
| 2 | Milan | 5 | 2 | 2 | 1 | 7 | - | 5 | 8 |
| 3 | Ajax | 5 | 1 | 1 | 3 | 4 | - | 10 | 4 |
| 4 | Auxerre | 5 | 1 | 0 | 4 | 3 | - | 8 | 3 |
H qrupu
Braga (Portuqaliya) - Arsenal (İngiltərə) - 2:0
Qol: Mateus, 83, 90.
Partizan (Belqrad, Serbiya) - Shakhtar (Donetsk, Ukrayna) - 0:3
Qollar: Stepanenko, 52, Jadson, 59, Eduardo, 68.
| 1 | Shakhtar | 5 | 4 | 0 | 1 | 10 | - | 6 | 12 |
| 2 | Arsenal | 5 | 3 | 0 | 2 | 15 | - | 6 | 9 |
| 3 | Braga | 5 | 3 | 0 | 2 | 5 | - | 9 | 9 |
| 4 | Partizan | 5 | 0 | 0 | 5 | 1 | - | 10 | 0 |
