23 noyabr 2010 15:16
“Foqtsun bizə münasibəti birmənalı deyildi”
Almaniya Futbol İttifaqının idman direktoru Matias Zammer millimizin baş məşqçisi Berti Foqtsla münasibətlərinə dair maraqlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bir vaxtlar Almaniya millisinə rəhbərlik edən Foqtsla bəzi futbolçular arasında anlaşma sarıdan müəyyən problemlər yaranırmış:
“O vaxt ölkənin şərq və qərb hissəsi ayrı-ayrı dövlət idi. Azad Qərbdə doğulan və böyüyən Foqts ilk əvvəl Şərqi Almaniyadan olan futbolçuları anlamaqda çətinlik çəkirdi. O, qısa bir zamanda bizi komandaya uyğunlaşdırmağa çalışırdı. İstəyirdi ki, digər komanda yoldaşlarımızla birgə axşamlar pivə içək. Amma biz bunu qəbul edə bilmirdik. Onunla açıq məsələlər barədə danışmaq istəmirdik. Şərqi almaniyalılar bunu anlaya bilmirdilər. Nəticədə Foqtsun bizə münasibəti birmənalı deyildi. 1993-cü ildə, ABŞ-la keçirdiyimiz yoxlama oyunundan sonra isə hər şey dəyişməyə başladı. Foqts bizi komandaya tam uyğunlaşdıra bildi, bu istiqamətdə ciddi adddımlar atdı”.
