23 noyabr 2010 17:31
Qadın futbolçular kişi olmaqda şübhəli bilinir
Ekvatorial Qvineyanın qadınlardan ibarət futbol komandasının iki oyunçusu kişi olmaqda şübhəli bilinir. Azerisport.az xəbər verir ki, qender qalmaqalı qadınlar arasında Afrika Kuboku turniri zamanı yaranıb. Salimata və Biliquysa Simpore adlı futbolçular atletik qabiliyyətləri və futbol oynamaq bacarıqları ilə şübhə obyektinə çevriliblər. "Əgər məsələni araşdıran komissiya onların kişi olduqlarını təsdiqləsə, bu Afrika futbolu üçün əsl biabırçılıq olacaq", - Nigeriya yığmasının məşqçisi Euçari Uçe bildirib.
Mənbə: Eurosport
