23 noyabr 2010 17:54
Qarabağ`ın hücumçusu: Sabahdan məşqlərə başlayacam
Premyer Liqanın son turunun AZAL-la oyununun sonlarında zədələnən Qarabağ`ın və millimizin hücumçusu Rauf Əliyev buna baxmayaraq matç başa çatana kimi meydanda qaldı. Azerisport.az xəbər verir ki, 21 yaşlı forvardın ayağının müayinəsindən sonra ciddi xəsarət qeydə alınmadığı məlum olub.
Artıq sabahdan etibarən məşqlərə başlayacaq gənc hücumçu zədəsiylə bağlı klubun rəsmi saytına açıqlama da verib: “AZAL-la oyunun sonlarına yaxın rəqiblə toqquşdum. İlk anda ayağımda ciddi ağrı hiss etdim. Buna baxmayaraq meydanda qaldım. Amma şükürlər olsun ki, tibbi müayinə zamanı ayağımda ciddi bir şey olmadığı müəyyənləşdi. İndi artıq yaxşıyam. Heç bir ağrı hiss etmirəm. Sabahdan artıq məşqlərə başlayacam”.
