23 noyabr 2010 19:39
Arda Turan komandayla məşqlərə başladı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının və Galatasaray klubunun üzvü Arda Turan komandayla məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən futbolçu bu gün ilk dəfə ümumi hazırlıq prosesinə qatılıb.
Qeyd edək ki, Arda hələ “ay-ulduzlular”ın Almaniya və Azərbaycan oyunları ərəfəsində zədələnərək, heyətdən kənarlaşdırılmışdı. Məhz bu üzdən Bakıdakı oyunu da buraxan gənc futbolçu sonradan Almaniyada əməliyyat olunmuşdu. Onun qarşıdakı turun Beşiktaş ilə oyununa hazır olması inandırıcı görünməsə də, hər halda fəal məşqlərə başlaması, “sarı-qırmızılı” camiəni sevindirib.
