23 noyabr 2010 19:47
Bakı Xəzər Lənkəran`la oyuna itkisiz hazırlaşır
Bakı Premyer Liqanın 15-ci turunun Xəzər Lənkəran`la oyununun hazırlıqları çərçivəsində bu gün növbəti məşqini keçirib. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, yalnız bir istisna olmaqla tam heyətlə məşqə çıxan futbolçular Norbert Haunşteinin rəhbərliyi altında fiziki çalışmaları yerinə yetiriblər.
Ardından futbolçular toplu terminlərin icrası üzərində işləyiblər. Qapıçılar Aqil Məmmədov, Xalidu Sissiko və Marko Şarliya isə məşqçi Aydın Salatanın nəzarətində ayrıca məşq keçiblər.
Komanda üzvlərinin yüksək əhval-ruhiyyədə məqş etmələri və istəkli olduqları diqqətləri cəlb edib.
Baş məşqçi Vinfrid Şefer Xəzər Lənkəran`la oyunun hazırlıqlarını funksional və taktiki məşqlərlə davam etdirir. Zolaqlılar`ın digər məşqləri də klubun bazasında baş tutacaq.
