23 noyabr 2010 20:01
BATE Azərbaycan çempionuyla qarşılaşmaqdan imtina etdi
Belarus çempionu BATE gələn ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Birlik kuboku turnirində iştirakdan imtina edib. Azerisport.az xəbər verir ki, bu haqda Borisov klubunun rəsmi saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, artıq bununla bağlı Belarus Futbol Federasiyasına xəbərdarlıq məktubu göndərilib. Klub rəhbərliyi yarışlara qoşulmaq istəməməsini qış fasiləsinə gec çıxmaları və istirahət dövrünün az olması ilə əlaqələndirib. Yanvarın 17-də təlim-məşq toplanışına yığışacağını açıqlayan BATE Avropa Liqasının oyunlarına daha yaxşı hazırlaşmaq üçün bu turnirə qatılmamağı daha məqsədəuyğun hesab edib.
Qeyd edək ki, Belarusu Birlik kubokunda BATE-nin imtinasından sonra Soliqorsk Şaxtyor`unun təmsil etməsi gözlənilir. Ölkəmizi isə bu turnirdə son ölkə çempionu İnter təmsil edəcək.
