23 noyabr 2010 20:18
Təmsilçimizlə oyun öncəsi rəqibini 12:1 hesabıyla darmadağın etdi
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun ikinci turunda son Azərbaycan çempionu Araz İtaliya təmsilçisi Montesilvano klubu ilə 2:2 hesablı heç-heçəyə razılaşdı. Azerisport.az xəbər verir ki, bu qrupun digər matçında da meydan sahibləri Rusiyanın Viz-Sinara klubu Kipr təmsilçisi Ararat Nikosiya ilə qarşılaşıb.
İlk oyununda bu günkü rəqibimiz Montesilvano ilə qarşılaşan və 1:2 hesablı məğlubiyyətlə üzləşən Sankt-Peterburq klubu komandamıza eynihesabla yenilmiş kiprlilərlə oyunun favoriti sayılırdı. Lakin yəqin ki, qarşılaşmadan öncə heç kim rusların bu rəqibini darmadağın edəcəyini zənn etmirdi. Amma onlar Ararat`ın qapısından 12 qol keçiriblər. Qapısında yalnız bir qol görən meydan sahibləri Araz`la oyuna məhz 12:1 hesablı qələbəylə çıxacaq.
Maraq üçün qeyd edək ki, bu qrupun son oyun günündə (25 noyabr) Araz Viz-Sinara, Montesilvano isə Ararat ilə qarşılaşacaq. Artıq rusların şansı qalmadığından İtaliya və Azərbaycan klublarından hansı daha fərqli qələbə qazansa, o da “Dördlər finalı”na vəsiqə qazanacaq.
Futzal
UEFA kuboku
Elit-raund
Qrup mərhələsi
Viz-Sinara – Ararat Nikosiya - 12:1
Qollar: Xamadiev, 4; 8, Aqapov, 6; 25, Çistopolov, 13-pen; 14, Maltsev, 23, Çudinov, 24, Faxrutdinov, 28, Prudnikov, 34-pen, İvanov, 35, Dedov, 39 – Mixay, 39.
B qrupundakı son durum isə belədir:
1. Araz 2 1 1 0 4-3 4
2. Montesilvano 2 1 1 0 4-3 4
3. Viz-Sinara 2 1 0 1 13-3 3
4. Ararat 2 0 0 2 2-14 0
