23 noyabr 2010 20:39

Xəzər Lənkəran`ın canlı əfsanəsi rəqəmlərdə

Premyer Liqasının 14-cü turu Xəzər Lənkəran üçün yeni rekordla əlamətdar oldu. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin yarımmüdafiəçisi Alim Qurbanov 156-cı dəfə bu klubun formasında meydana çıxdı. Muğan`la görüşdə 90 dəqiqə əvəzlənmədən meydanda olan 33 yaşlı futbolçu bu göstəricidə Xəzər Lənkəran tarixinin mütləq rekordçusu oldu. Klubun yarandığı 2004-cü ildən Xəzər Lənkəran`ın şərəfini qoruyan Alim bu tura qədər şərik olduğu Rəşad Abdullayevi arxada qoydu.
 
XL-nın heyətində ən azı 100 oyun keçirənlər
1. Alim Qurbanov        156
2. Rəşad Abdullayev  155
3. Rahid Əmirquliyev 131
4. Radomir Todorov   119
5. Kamran Ağayev      105
 
Son oyun Qurbanov üçün həm də məhsuldarlıq cəhətdən əlamətdar oldu. 33 yaşlı yarımmüdafiəçi 6 ildir şərəfini qoruduğu klubun heyətində ilk dəfə dubla imza atdı. O, Muğan`la görüşdə 2 qola imza atmaqla son 2 turda vurduğu topların sayını 3-ə çatdırdı. Bu isə Qurbanovun Xəzər Lənkəran`ın tarixi ərzində rəqib qapılarından keçirdiyi qollarının sayını 11-ə çatdırdı. O, bu göstəricidə Allan Lalin və Junior Osvaldoya çatıb.
 
XL-nın heyətində ən azı 10 qol vuranlar
Zaur Ramazanov         44
Samir Əliyev                 34
Mario Souza                 26
İvan Tsvetkov               24
Rəşad Abdullayev      18
Vüqar Nadirov             18
Oqtay Dərəlioğlu        18
Rahid Əmirquliyev     17
Edmond N'Tiamoa    13
Emin Quliyev               12
Alim Qurbanov            11
Junior Osvaldo           11
Allan Lalin                   11
 
Klubun formasını hamıdan çox geyən Qurbanov son turda XL-nı həm də 3 illik fasilədən sonra kapitan kimi meydana çıxardı. İndiyədək karyerası boyu 2 dəfə komandasını kapitan kimi meydana çıxaran Qurbanov sonuncu dəfə o imkanı qazandığı 2007-ci il sentyabrın 26-da baş tutan matçdan 1152 gündən sonra yenə kapitan oldu. Həmin iki görüşdə də XL eyni hesablı qələbə qazanıb - 3:1.
 
XL-nın bütün kapitanları
Mahmud Qurbanov      59
Kamran Ağayev            49
Emin Quliyev                 25
Samir Əliyev                  24
Zaur Ramazanov          23
Dmitri Kramarenko      19
Arif Əsədov                    14
Elmar Baxşıyev             10
Bəxtiyar Musayev           4
Alim Qurbanov               3
Füzuli Məmmədov         2
Junior Osvaldo               2
Aleksandr Martyoşkin   1
Ədəhim Niftəliyev          1
Rəşad Abdullayev         1
Rahid Əmirqulıiyev       1
Xaqani Məmmədov      1
 
Mənbə: XL-nın rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.