23 noyabr 2010 11:11
Azərbaycan yığması Real`la yoldaşlıq oyunu keçirəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yığmamız Real (Bakı) komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qarşılaşma noyabrın 26-da, saat 12:30-da, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində baş tutacaq.
