23 noyabr 2010 17:37
Araz İtaliya çempionuyla heç-heçəyə razılaşdı (YENİLƏNİB)
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsindəki çıxışını davam etdirən Azərbaycan çempionu Araz bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, təmsilçimizin rəqibi İtaliyanın Montesilvano klubu olub.
Qeyd edək ki, Araz elit-raundda ilk oyununu dünən – noyabrın 21-də Kiprin Ararat Nikosiya klubuna qarşı keçirmiş və 2:1 hesabı ilə qalib gəlmişdi. Elə İtaliya çempionu da ev sahibi sayılan Viz-Sinara üzərində eynihesabla qələbə qazanmışdı. Yəni bu günkü qarşılaşma liderlərin dueli kimi də xarakterizə oluna bilərdi. "Dördlər finalı"na qatılmaq üçün yalnız qrup lideri olmaq lazımdır ki, buna görə təmsilçimiz mütləq qələbə qazanmağa, ən azı heç-heçə etməyə borclu idi. Çətin keçən qarşılaşmada komandamız son anda güclü rəqibiylə heç-heçəyə razılaşdı. İndi son turda qarşılaşacağımız Viz-Sinara üzərində sərfəli qələbə qazanmalıyıq ki, növbəti mərhələyə yüksələ bilək.
UEFA kuboku (elit-raund)
23 noyabr
MONTESİLVANO – ARAZ - 2:2 (0:0)
Oyun başladı
1. Qapıya ilk zərbə komandamızın üzvü Duşkeviçdə gəlir, amma bu, hesabın açılması üçün yetərli deyil
2. Borisov da şansını yoxlayır, lakin o da çərçivəyə düşə bilmir
3. Nəhayət rəqibin heyətində Da Silva da komandamızın hücumlarına qapıya zərbə ilə cavab verir
4. Borisov yenidən çərçivəyə düşə bilmir
5. Anderson komandamızın heyətində 2 dəfə rəqib qapısına yol tapmağa çalışsa da, sərbəsiz hədəfə düşmür
6. Rəqibin heyətində Borruto, komandamızın düşərgəsində Enrike qaydanı pozur. Qayda pozuntusuna görə hesab bərabərdir - 1:1
7. Enrikenin zərbəsi hesabı açmağımıza gətirib çıxarmır
8. Enrike ikinci dəfə qayda pozuntusuna yol verir - 1:2
10. Forte rəqib komandanı hesabda önə keçirmək istəsə də, zərbəsi qeyri-dəqiqdir
11. Komandamızın heyətində Duşkeviçlə Borisov, rəqibin düşərgəsində isə Koputonun zərbəsi bəhrəsiz qalır
12. Folya qapımızı nişan alsa da, hesabı açmaq sevincini yaşaya bilmir
12. Borisov ilk yarıda qayda pozan 3-cü futbolçumuz olur - 1:3
13. Borruto qapımıza zərbə endirir
14. Yenə Borruto fəallıq nümayiş etdirsə də, qapıçımız qola imkan vermir
14. Qiottinin də zərbəsi komandamız üçün istənilən kimi nəticələnir
15. Edu artıq Araz`ın heyətində 4-cü dəfə qaydanı pozur - 1:4. Növbəti qayda pozuntusu artıq cərimə vuruşu ilə nəticələnəcək
16. Forte də qaydanı pozur - 2:4
16. Forte matçda ilk sar vərəqə alan futzalçı olur
16. Rəqibin heyətində Baptistella da hesabı açmağa yaxın oldu
17. Qiotti daha bir qayda pozuntusu etməklə fərqi minimuma endirir - 3:4
17. Baptistella da kobud oynayır. Qayda pozuntularında hesab bərabərdir - 4:4.
18. Enrikenin qapıya 2 zərbə vurmaq imkanı olsa da, hesabı aça bilmir
19. Borruto rəqib komandanı 2 dəfə sevindirməyə yaxın olsa da, zərbələri dəqiq olmur
19. Forte növbəti qayda pozuntusuna yol verir və rəqibin limiti dolur - 5:4
Lakin son saniyələrdə təmsilçimiz bu üstünlükdən yararlana bilmir və komandalar fasiləyə qolsuz çıxırlar
İkinci hissə başladı
23. Felipenin komandamızı hesabı önə keçirmək cəhdi faydasız qalır
23. Baptistella da rəqib düşərgədə qola yaxın oldu
25. Kaputo Montesilvanonu hesabda önə keçirir -1:0
26. Enrikenin hesabı bərabərləşdirmək cəhdi...bəhrəsizdir...
29. Rəqib oyunçulardan Qarsias ikinci hissədə ilk qayda pozan futzalçı olur - 1:0
29. Enrikenin daha bir zərbəsi...Hesab dəyişmir
31. Bartolo hesabı bərabərləşdirir - 1:1
31. Da Silva rəqib düşərgədə sarı vərəqə alan ikinci oyunçu olur
31. Qarsias yenidən komandasını hesabda önə keçirir - 2:1
32. Rəqib düşərgədə Borruto, komandamızdan isə Borisov sarı vərəqə alır
33. Kaputo Montesilvanonun heyətində ikinci hissədə növbəti qayda pozuntusuna yol verir - 2:0
33. Mammarela daha bir dəfə futzalçılarımıza qarşı kobudluq edir - 3:0
33. Borisov rəqib qapısını nişan alsa da, bəxt Montesilvanonun tərəfindədir
34. Felipe də komandamızda eyni şanssızlığı yaşayır
34. Komandamızın qolunun müəllifi Bartolodan daha bir cəhd. Lakin bu dəfə onun da sevinci gözündə qalır
35. Daha bir futazlçımız - Anderson çərçivəyə düşə bilmir
35. Felipe 2 dəfə qola yaxın olsa da, şanslarından dəyərlənə bilmir
36. Yenə Felipe diqqət mərkəzindədir. Lakin komandamızın təzyiqi və Felipenin qapıya zərbələri bəhrəsiz qalmaqdadır
38. Felipedən daha bir zərbə. Alınmır
39. Felipe qayda pozuntusuna yol verir - 3:1
39. Kobudluq Felipenin də sarı almasıyla nəticələnir
39. Borisov hesabı bərabərləşdirdi - 2:2
40. Da Silva rəqibi yenidən hesabda önə keçirə bilərdi
Matç başa çatdı
