23 noyabr 2010 12:33
Premyer Liqanın son turuna görə cəzalanan yalnız Bakı oldu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Premyer Liqanın sonuncu – 14-cü turu ilə bağlı aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılmışdır:
MOİK – Bakı matçının 86-cı dəqiqəsində Bakı klubunun futbolçusu Əziz Quliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
