23 noyabr 2010 12:47
Muğan`ın iki futbolçusu 4 oyunluq diskvalifikasiya olundu
Bu gün AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının da sonuncu – 14-cü turu ilə bağlı qanun pozuntularına hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılmışdır:
Simurq – Gəncə matçının 42-ci dəqiqəsində Simurq klubunun futbolçusu Nəsib Əliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
İnter – Turan matçının 89-cu dəqiqəsində Turan klubunun futbolçusu Seymur Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Xəzər Lənkəran – Muğan matçında Muğan klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Matçın 72-ci dəqiqəsində Muğan`ın futbolçusu Yamin Ağakərimzadə aqressiv oyuna görə (rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində Muğan`ın futbolçusu Yusif Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
