24 noyabr 2010 12:54
Flavinyo: Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm
Premyer Liqanın 13-cü turu çərçivəsində səfərdə Muğan`la görüşün 16-cı dəqiqəsində ciddi zədə alaraq meydanı tərk edən Neftçi`nin braziliyalı futbolçusu Flavinyo artıq vətənindədir. Azerisport.az xəbər verir ki, sol ayağında sınıq olduğu aşkarlanan və hazırda Braziliyada müalicə olunan yarımmüdafiəçi Neftçi`nin rəsmi saytına danışıb:
“Burada müalicəmi davam etdirirəm. Gündən-günə özümü daha da yaxşı hiss edirəm. Neftçi`nin həkimləri ilə müntəzəm əlaqə saxlayıb, müalicənin gedişatı haqda onları xəbərdar edirəm. Flaqmanın düşərgəsinə qayıdıb, meydana çıxacağım günü səbirsizliklə gözləyirəm.
Qeyd edək ki, Flavinyo qış fasiləsi dönəmində Neftçi`nin Antalyada keçirəcəyi ilk təlim-məşq toplanışından əvvəl komandanın düşərgəsinə qoşulacaq.
