24 noyabr 2010 13:09
Yoahim Löv millimizin Türkiyəni yenə udacağına inanmır
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv hesab edir ki, Azərbaycan növbəti oyunda Türkiyəyə qalib gələ bilməyəcək. Azerisport.az xəbər verir ki, Bundestimin çalışdırıcısı Rusiya mətbuatına müsahibəsində bu haqda aşağıdakıları söyləyib:
“Türkiyə millisi aqressiv və ağıllı futbol nümayiş etdirir. Onların hucumçularını dayandırmaq çətindir. Hesab edirəm ki, Belçika və Avstriyanın Türkiyə ilə matçlarda böyük çətinliyi yaranacaq. Qazaxıstan və Azərbaycanın isə Türkiyəyə qalib gələcəyinə şübhə edirəm”.
