24 noyabr 2010 13:37
Neftçi`nin 8 futbolçusu yığma komandada
Azərbaycanın 21 yaşadək yığma komandası noyabrın 29-dan dekabrın 1-dək təlim-məşq toplanışı keçəcək. Azerisport.az xəbər verir ki, Neftçi`nin 8 futbolçusu həmin toplanışda iştirak etmək üçün U-21-ə dəvət olunub.
Klubun rəsmi saytından verilən xəbərə görə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Eşqin Quliyev, Cavid İmamverdiyev, Amit Quluzadə, Tərlan Quliyev, Orxan Həsənov və Ruslan Qurbanov U-21-in digər üzvləri kimi bu ayın 29-da yığma komandanın düşərgəsinə yollanacaqlar.
