24 noyabr 2010 13:52
Fulvio Kolini: Araz`dan ikinci qolu buraxmaya da bilərdik
İtaliyanın Montesilvano klubunun baş məşqçisi Fulvio Kolini Azərbaycan çempionu ilə oyunları haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesablı heç-heçədən sonra bunları dilə gətirib:
“İkinci qolu buraxmaya da bilərdik. Təəssüf edirəm ki, sonda belə heç-heçə qeydə alındı. Ancaq yenə düşünürəm ki, bizim şanslarımız daha çoxdur. İndi sadəcə Kipr təmsilçisiylə (Ararat Nikosiya – red.) oyunda lazımı qələbəni əldə etmək lazımdır”.
