24 noyabr 2010 14:26
PFL ölkə çempionatında bir oyunun keçirilmə yerini dəyişdirdi
Futbol üzrə birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatında bir oyunun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, Şuşa və Şəmkir arasında keçirilməli olan 12-ci turun öncədən Ədliyyə stadionuna təyin olunsa da, bu gün PFL həmin qarşılaşmanın Şəfa`da oynanılacağını bəyan edib.
Birinci divizion
12-citur
28 noyabr (bazar)
Şuşa - Şəmkir
Bakı. Şəfa stadionu, 4-cü meydança. Saat 14:00
