24 noyabr 2010 14:37
Zeynal Məmmədov: XL-la oyunda bizi ancaq qələbə qane edəcək
Bakı`nın baş meneceri Zeynal Məmmədov Xəzər Lənkəran`la Premyer Liqanın növbəti turunun oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az-a açıqlamasında paytaxt klubunun rəsmisi cənub təmsilçisi üzərində qələbə qazanmaq iqtidarında olduqlarını açıqlayıb:
“Son qələbələr komandanın bir qədər özünə gəlməsinə kömək etdi. Bizim futbolçular bilirlər ki, Xəzər Lənkəran`a qarşı necə oynamaq lazımdır. Evdə oynadığımızdan bizi ancaq qələbə qane edəcək. Lənkəranda heç-heçə etməyi bacarmışıqsa, burda həmin nəticəni bir qədər də yaxşılaşdırmalıyıq”.
