24 noyabr 2010 14:56
Rəqibini dişləyən oyunçunun növbəti cəzası daha ağır oldu
PSV ilə oyunda rəqib oyunçunu dişləyən Ajax`ın və Uruqvay millisinin hücumçusu Luis Suares daha sərt cəzaya məruz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bu hərəkətinə görə, ona 2 oyunluq cəza və pul cəriməsi kəsmişdisə, Hollandiya Futbol Federasiyasının qərarı daha sərt alınıb.
Federasiya rəsmiləri onun PSV-nin üzvü Otman Bakkalı dişləməsini 7 oyunluq cəzaya layiq görüb. Suaresin klub tərəfindən verilən cəzanı sakitcə qəbul etməsinə baxmayaraq, yeni cəzaya etiraz edəcəyi xəbər verilir.
