24 noyabr 2010 15:18

Azərbaycan İspaniya, İngiltərə və Almaniya ilə qarşılaşa bilər

Noyabrın 30-da İsveçrənin Nyon şəhərində 17 yaşlılardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının 2011/12 mövsümünün püşkatması olacaq. Azerisport.az xəbər verir ki, 2012-ci ildə Sloveniyada keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq uğrunda 52 yığma komanda mübarizə aparacaq.
 
Artıq həmin komandalar iki səbətə bölünüb.Azərbaycanın U-17 millisi B səbətində yer alıb. Seçmə mərhələnin oyunları 2011-ci ilin payızında keçiriləcək. 52 komanda hər birində 4 iştirakçı olmaqla, 13 qrupa bölünəcək. İlkin mərhələnin oyunları başa çatdıqdan sonra ilk iki pillənin sahibi olan 24 komanda ilə yanaşı, üçüncü pillənin tutan komandalardan ən yaxşı nəticəyə malik 2 milli də elit-raunda vəsiqə qazanacaq. 2012-ci ildə isə elit-raundun oyunları keçiriləcək.
 
Püşkatma ərəfəsində iştirakçı komandaların səbət bölgüsü belədir:
 
A: İspaniya, İngiltərə, İsveçrə, Hollandiya, Fransa, Almaniya, Türkiyə, Xorvatiya, Portuqaliya, Çexiya, Serbiya, Yunanıstan, İtaliya, İrlandiya, Avstriya, Belçika, Uels, Rumıniya, Slovakiya, Polşa, Şimali İrlandiya, Şotlandiya, Macarıstan, Norveç, İsveç, Gürcüstan.
 
B: Finlandiya, Danimarka, İsrail, Lüksemburq, Rusiya, Belarus, Bosniya və Herseqovina, Azərbaycan, Ukrayna, Estoniya, Bolqarıstan, Cənubi Kipr, İslandiya, Moldova, Makedoniya, Маlta, Litva, Аndorra, Lаtviya, Farer adaları, Qazaxıstan, Çernoqoriya, Ermənistan, Albaniya, Lixtenşteyn, San-Marino.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.