24 noyabr 2010 15:27
Branimir Subaşiçin yaşıl meydana dönüşü gecikir
Qəbələ Premyer Liqanın 15-ci turu çərçivəsində qarşılaşacağı Simurq ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin kapitanı Qoqa Beraya artıq məşqlərə başlayıb.
Xatırladaq ki, o, Xəzər Lənkəran`la oyunun hazırlıqları zamanı zədə almışdı. Ancaq hazırda durumu yaxşılaşan gürcü futbolçu Zaqatala klubuna qarşı həftə sonu oynamaq iqtidarındadır. Toni Adamsın komandasında hazırda iki ciddi itki var ki, bunlar da Branimir Subaşiç və Bruno da Silvadır. Hər iki futbolçunun Simurq ilə qarşılaşmada da forma geyməsi inandırıcı görünmür.
