24 noyabr 2010 16:23
Bakıya gələn futbolçu milli komandayla vidalaşır
Finlandiya millisinin təcrübəli futbolçusu Sami Hyuypya yığma komandadakı karyerasını başa vurmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, hazırda Almaniyanın Bayer Leverkusen klubunda forma geyən arxa xətt oyunçusu Macarıstanla keçirəcəkləri oyunun milli forma altındakı son matçı olacağını bəyan edib.
Qeyd edək ki, hazırda 37 yaşı olan bu futbolçu millimizlə oyunlarda da forma geyib. Bakıya da gələn Hyuyupya bu haqda açıqlamasında aşağıdakıları deyib: “Macarıstan matçı, milli karyeramda sonuncu olacaq. Artıq gənc futbolçuların önünü açmaq zamanı gəldi”..
105 dəfə milli formanı geyən Liverpool klubunun sabiq müdafiəçisi növbəti mövsümdə də futbolçu karyerasına son qoymağa hazırlaşdığını bəyan edib.
