24 noyabr 2010 16:38
Maksim Medvedev: Əminəm ki, Qarabağ Neftçi`yə qalib gələcək
Qarabağ`ın və millimizin müdafiəçisi Maksim Medvedev Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək Neftçi ilə oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, son dövrlər zədə üzündən komandasına kömək edə bilməyən Ağdam klubunun arxa xətt oyunçusu bunları dilə gətirib:
“Son 3 turda biz 9 xal itirmişik. Artıq qalxmaq və düşünmək vaxtıdı ki, bütün bunlar nə vaxta kimi davam edəcək. Neftçi bizim üçün xüsusi rəqibdir. Belə komanda üzərində qələbə qazanmaq daha qiymətlidir. Çünki onlar hazırda Premyer Liqaya liderlik edirlər. Buna baxmayaraq, əminəm ki, Qarabağ bu görüşdə qalib gələcək”.
