24 noyabr 2010 16:56
Xəzər Lənkəran Bakı ilə oyuna Opara və Dieqosuz hazırlaşır
Xəzər Lənkəran Premyer Liqanın 14-cü turu çərçivəsində noyabrın 27-də səfərdə qarşılaşacağı Bakı ilə səfər oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, son turda doğma divarlar arasında qazanılan qələbədən sonra komanda daxilində yüksək əhval-ruhiyyənin hökm sürdüyü xəbər verilir.
Emeka Opara və Dieqo Souza müalicədə olduqlarına görə hələ də komandanın məşqlərinə qatıla bilmirlər. Zədəsini sağaltmış Uinston Parksla yanaşı David İmedaşvili də Bakıdakı oyunda komandaya kömək edə biləcək. Bir müddət əvvəl zədəsini sağaldan və məşqlərə qatılan Tural Cəlilov da artıq özünü yaxşı hiss edir.
