24 noyabr 2010 17:06
Azərbaycan yığması Ermənistanla eyni qrupda yer ala bilər
Noyabrın 30-da 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2011/12 mövsümünün püşkü atılacaq. Azerisport.az xəbər verir ki, artıq komandalar iki səbətə bölünüblər.
Müvafiq yaş qrupundan ibarət yığmamız A səbətində yer alıb və mübarizəyə ilkin seçmə mərhələdən başlayacaq. Turnirin əsasnaməsinə uyğun olaraq, 48 komanda hər birində 4 iştirakçı olmaqla 12 qrupda mübarizə aparacaq. İlkin seçmə mərhələnin oyunları başa çatdıqdan sonra ilk iki pillənin sahibi olan 24 komanda ilə yanaşı, üçüncü pillənin tutan komandalardan ən yaxşı nəticəyə malik 1 milli də elit raunda vəsiqə qazanacaq.
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2012-ci ildə Estoniyada keçiriləcək.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
A səbəti: Portuqaliya, Turkiyə, Almaniya, Serbiya, İtaliya, Hollandiya, Macarıstan, Xorvatiya, Ukrayna, Rusiya, Yunanıstan, Norveç, İsveçrə, Slovakiya, Belçika, Avstriya, Çexiya, İrlandiya, Danimarka, Polşa, Şotlandiya, Belarus, Azərbaycan, İslandiya
B səbəti: Finlandiya, Sloveniya, Bolqarıstan, Rumıniya, Latviya, Litva, İsveç, İsrail, Bosniya və Herseqovina, Moldova, Şimali İrlandiya, Kipr, Çernoqoriya, Albaniya, Uels, Qazaxıstan, Ermənistan, Makedoniya, Gürcüstan, Malta, Farer adaları, Lüksemburq, Andorra, San Marino
