24 noyabr 2010 17:28
Adrian Kristeanın Xəzər Lənkəran`a gəlişinə sevgilisi qərar verəcək (FOTO)
Xəzər Lənkəran`ın transfer siyahısında olan Buxarest Dinamo`sunun üzvü Adrian Kristeanın Lənkərana gəlib-gəlməməsinə sevgilisi qərar verəcək. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu bu haqda Rumıniya mətbuatına açıqlamasında məlumat verib:
“Lənkəranda oynamaq istərdim. Orda mənə çox sərfəli təklif irəli sürürlər. Xəzər Lənkəran`ın bu dəvətini qəbul etməyə dəyər. Ancaq hələ Byankunun (sevgilisi Byanku Draqusanu) ora getməyimizə razı olub-olmayacığını bilmirəm. Onun üçün karyeram çox vacibdir. Amma biz qərarlarımızı həmişə birgə veririk”.
