24 noyabr 2010 17:48
Neftçi Şəmkirdə 70 dəqiqəyə 7 qol vurdu
15 yaşlılar arasında keçirilən ölkə çempionatında ilk dövrəyə yekun vurulub. Azerisport.az xəbər verir ki, Şəmkirdə baş tutan 7-ci turun oyununda Neftçi Gəncə ilə qarşılaşıb. İslam Kərimovun rəhbərlik etdiyi komanda rəqib qapısından 7 cavabsız top keçirib. 15 yaşlıların qollarını Aqşin Qurbanlı, Pərviz Qaraxanov, Fəhmin Muradbəyli (2 top), Covanni Abdullayev, Əmirəli Quliyev və Etibar Süleymanov vurub.
