24 noyabr 2010 18:04
Qəbələ`nin də məşqçisi stadionlarımızın durumundan şikayətləndi
“Hər ölkənin özünəməxsus oyun şərtləri var. Ancaq mən Azərbaycan futbolunda hər komandanın keyfiyytəli və standartlara uyğun meydançasının olmasını görmək istərdim. Əminəm ki bu zamanla həyata keçəcək”. Azerisport.az xəbər verir ki, bu sözləri Qəbələ`nin baş məşqçisi Toni Adamsın əsas köməkçisi Qari Stivens söyləyib.
Klubun rəsmi saytına bir sıra açıqlamalar verən əcnəbi mütəxəssis stadionlarımızın durumundan narazılığını və gələcəkdə bu problemin aradan qalxacağına inandığını bildirib: “Amma bu proses çox yavaş gedir. Biz 8 gündə iki fərqli meydançada (Şəfa və Tofiq Bəhramov adına Respublika stadionlarını nəzərdə tutur – red.) oynadıq. Bu meydançaların hər birini 3 komanda eyni anda istifadə edir. Bu sahələrdən biri süni, digəri təbii örtüklü idi, ancaq yaxşı vəziyyətdə deyildi. Azərbaycanda futbolun inkişafı üçün ciddi addımlar atılır, ancaq yaxşı futbol və futbolçu istehsal etmək üçün mütləq yaxşı meydançalar olmalıdır”.
