24 noyabr 2010 23:34
Rabitə Çempionlar Liqasına qələbəylə başladı
Voleybolçu qadınlardan ibarət Rabitə klubu Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə start verib. Azerisport.az xəbər verir ki, E qrupunda yer alan Azərbaycan çempionu bu gün Bakı vaxtı ilə saat 19:00-da Rumıniyanın paytaxtı Buxarestdə yerli Dinamo ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmada komandamızın 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb (25:18, 25:22, 25:20). Komandamız növbəti oyununu dekabrın 2-də İtaliyanın Skavolini klubuna qarşı keçirəcək.
Qeyd edək ki, E qrupun digər matçında Skavolini Aluprof (Polşa) ilə üz-üzə gəlir.
