24 noyabr 2010 00:03
Vaqif Cavadov həkim nəzarətində məşq edir
Bakı`nın klubun bazasında həyata keçirdiyi son məşqində hücumçu Vaqif Cavadov ümumi hazırlıqlarda iştirak etməyib. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı paytaxt klubunun rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, milli komandadan dönən futbolçu həkimlərin məsləhətlərinə əsasən fərdi məşq keçib. Dairəvi qaçış və yüngül fiziki hərəkətlərlə kifayətlənən Vaqif yaxın günlərdə komanda yoldaşlarına qoşulacaq.
