24 noyabr 2010 00:11

Rəşad Sadıqovun baş məşqçisi özünü Mourinyo ilə müqayisə etdi

Millimizin kapitanı Rəşad Sadıqovun forma geydiyi Türkiyənin Eskişehirspor klubunun baş məşqçisi Bülent Uygun qardaş ölkə mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, aldığı 8 oyunluq sərt cəzayla bağlı açıqlamalarda bulunub.
 
Superliqanın növbəti turu çərçivəsində doğma meydanda qarşılaşacaqları Manisaspor matçının hazırlıqları öncəsində jurnalistlərlə görüşən Uyğun sözügedən cəzaya görə çox üzüldüyünü, amma bunun gördükləri işə o qədər də ciddi təsir göstərməyəcəyini söyləyib: “Mənim içim rahatdı. Aldığım cəzanın mənə bir növ irəlidəki illərdə böyük təcrübə anlamında çox şey qazandırdığını düşünürəm. Ona görə bir çox şeyləri üürəyimdə çəkmək məcburiyyətindəyəm. Amma digər tərəfdən də üzülürəm. Komandamın başında olmaq istərdim”.
 
Bülənt Uyğun özünü hətta Madrid Real`ının baş məşqçisi Joze Mourinyo ilə də müqayisə edib: “Bu gün Mourinyo da daxil olmaqla, dünyanın bir çox təcrübəli mütəxəssisləri də cəzalana bilir. Burda mühüm olan şey haqlı olmağımdı. Sənəd üzərində haqlı olduğumu gördükdən sonra istədiyi qədər cəza almış olsam da, bunun heç bir önəmi yoxdu. Vicdanım qarşısında da rahatam. Eskişehirspor tərəfdarına, camiəsinə təşəkkür edirəm. Mənim arxamda durmaqla, mənə sahib çıxmaqla çox şeylər bacaracağıq. Bu, Eskişehirspor üçün bir başlangıcdı. 90 dəqiqə boyunca sahə içində olmaqla olmamaq arasında ciddi fərq yoxdu. Onsuz da istədiklərimizi edə bilirik. O üzden orada olub, olmamaq çox önəmli deyil. Bədənimin, ruhumun həmişə onlarla birlikdə olduğunu bildikləri üçün onlar da əllərindən gələnin ən yaxşısını edirlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.