24 noyabr 2010 00:18
Kamran Ağayev Bakı`yla da oyunu buraxacaq
Premyer Liqanın son turunda doğma doğma divarlar arasında keçirdiyi Muğan`la qarşılaşmada əsas qapıçısı Kamran Ağayevin xidmətindən məhrum olan Xəzər Lənkəran bu itkisini qarşıdakı turda da hiss edəcək. Azerisport.az xəbər verir ki, bu haqda millimizin çərçivə qoruyucusu özü məlumat verib.
Salyan klubuyla qarşılaşma ərəfəsində sağlamlığında problem yaranan və buna görə məşqlərə qatılmayan Kamran sonda oyunda da iştirak edə bilmədi. Baş məşqçi Mirça Rednik onun əvəzində ehtiyat qapıçı Denis Romanovsa güvəndi. Rumıniyalı mütəxəssis çox güman ki, Bakı ilə prinsipial qarşılaşmada da məhz bu qapıçının xidmətindən yararlanmalı olacaq.
