24 noyabr 2010 00:24
Joze Mourinyo: Nou Kamp məni qorxutmur
Madridin Real klubunun baş məşqçisi Joze Mourinyo qarşıdakı Barcelona ile oynayacaqları derbi öncəsi maraqlı açıqlamalar verməkdə davam edir. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu dəfə də əzəli rəqibin stadionu olan Nou Kamp arenasından qətiyyən qorxmadığını dilə gətirib.
El Klasikonun fərqli olmasına baxmayaraq, Mourinyo artıq bir neçə dəfə qonaq qismində getdiyi Barcelona`nın stadionunun və azarkeşlərinin hansısa çətinlik yaratdığını düşünmür: “Bobbi Robson rəhbərliyi altında da Nou Kamp arenada kifayət qədər vaxt keçirmişəm. Bu prinsipial qarşılaşmada qazanacağımız qələbə bizi xeyli rahatlada bilər. Ancaq məğlub olsaq belə, bu heç bir şeyi dəyişdirməyəcək. Çünki qarşıda uzun marafon var. Oyunun səhəri günü yenə hazırlıqlarımızı davam etdirəcəyik” – deyə Mourinyo FİFA-nın rəsmi saytına açıqlamasında bildirib.
