24 noyabr 2010 00:30
Rauf Əliyev: Neftçi çempionluğa ən böyük namizəddi
Qarabağ`ın və millimizin hücumçusu Rauf Əliyev Premyer Liqanın 15-ci turu çərçivəsində qarşılaşacaqları Neftçi ilə oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, son turda zədələnməsinə baxmayaraq, bu gündən məşqlərə start verəcək gənc hücumçu qarşıdakı oyunla bağlı bunları dilə gətirib:
“Neftçi cari mövsüm olduqca yaxşı təsir bağışlayır. “Ağ-qaralar” çempionluğa ən böyük namizəddi. Amma biz həmişə Neftçi`yə qarşı yaxşı oynamışıq. Maraqlı oyun olacağına inanıram. Rəqib lider olsa da, meydana 3 xal üçün çıxacağıq. Qarabağ`ı hesabdan silmək hələ tezdir”.
