24 noyabr 2010 00:42
Millimizin kapitanı Ümit Karan və Dieqo ilə birgə komandadan ayrı hazırlaşır
Millimizin kapitanı Rəşad Sadıqovun forma geydiyi Eskişehirspor Superliqanın növbəti turu çərçivəsində doğma meydanda qarşılaşacaqları Manisaspor matçının hazırlıqlarına bu gün start verib. Azerisport.az xəbər verir ki, Fenerbahçe ilə qarşılaşmada zədələnərək sıradan çıxan və son oyunlarda forma geyə bilməyən əsas komandamızın müdafiəçisi yenə ümumi hazırlıqlarda iştirak edə bilməyib.
Qardaş ölkə mətbuatının yazdığına görə, Manisaspor matçının hazırlıqlarına başlayan Eskişehirspor`da Ümit Karan, Sadıqov və Dieqo komandadan ayrı çalışıb. Ötən həftə Rəşadla birgə Trabzonspor`la səfər matçına aparılmayan Batuhan Karadeniz isə yeniden kollektiv çalışmalara başlayıb.
İsinmə hərəkətlərindən sonra ikitərəfli oyun keçirən Eskişehirsporun uduzan futbolçuları qazanan komanda yoldaşlarını bellərində daşıyıblar. Bütövlükdə yüksək əhval-ruhiyyədə keçən hazırlıq prosesi zamanı həmyerlimizin komanda yoldaşları istəkli görünüblər. Lakin Rəşadın həftəsonu Manisaspor ilə dueldə forma geyib-geyməyəcəyi hələ də dəqiqləşməyib.
