24 noyabr 2010 12:34
Neftçi`nin qapıçısı əməliyyat olunacaq
Neftçi`nin qolkiperlərindən olan litvalı Paulius Qribauskas zədə səbəbindən flaqmanın son oyunlarında iştirak edə bilmir. Azerisport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 12-ci turunda İnter`lə görüşdə zədələnərək yerini Rauf Mehdiyevə verən qapıçı zədəsinin nədən ibarət olduğu məlum olub.
Klubun rəsmi saytının yaydığı məlumata görə, həkimlərin müainəsindən sonra litvalı futbolçunun ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Bununla bağlı Qribauskas əməliyyat olunacaq. Əməliyyatdan sonra isə futbolçu klub həkimlərinin nəzarəti altında müalicə kursu keçəcək. Paulius Qribauskasın 3 aydan sonra məşqlərə başlayacağı ehtimal olunur.
