25 noyabr 2010 14:12

“Qarabağ` hələ o günə qalmayıb ki, hər yetən ona daş atsın”

“50 ildi Qarabağ komandasının içindəyəm. Özümü dərk edəndən bu komandaya bağlanmışam. Komandanın ən çətin günlərində o ağrıları mən yaşamışam. İllər olub komandanı tək saxlamışam. Bu vaxtadək `Qarabağ`ı doğma balam bilmişəm. Heç kim `Qarabağ`ı mənim kimi sevə bilməz. Ona görə də mən əyriləri də, doğruları da birbaşa söyləməkdən çəkinmirəm”. Azerisport.az xəbər verir ki, bu sözləri Qarabağ Futbol Klubunun təsisçisi Adil Nadirov söyləyib.
 
O, AZAL ilə Premyer Liqanın son turunun oyununda baş vermiş olaylardan sonra haqq səsini ucaldaraq öz ürəyini Ağdam klubunun rəsmi saytına boşaldıb: “2 aydı səhhətimlə bağlı evdən çölə də çıxa bilmirdim. İnanırsız, o gün ilk dəfə oyuna getdim. Eşitdiklərimə inanmağım gəlmədi. Məni dəli gülmək tutdu. Harda görülüb ki, sponsoru istefaya çağırsınlar? Azarkeş ancaq baş məşqçini istefaya çağıra, futbolçulardan narazılıq bildirə bilər. Qardaş, belə şey ancaq bizdə ola bilər”.
 
“Adam gərək kişi olsun, yaxşını da, pisi də üzə söyləsin. Heç vaxt heç nədən çəkinməmişəm. “Azersun Holdinq”in prezidenti Abdolbari Goozalın bu komandaya etdiklərini necə unutmaq olar? 2001-ci ildə Qarabağ`da cəmi 6 nəfər qalmışdıq. Bunlardan cəmi 3-ü futbolçu idi. O kişi məni yanına çağırıb komandanı himayəyə götürəndə bircə cümlə dedi: Mən Qarabağ`ı ona görə götürürəm ki, Qarabağ adı ermənilər qarşısında xəcil olmasın. Qoy deməsinlər ki, Qarabağ bu gün yaşamır. Mən bunu heç vaxt unutmuram. Goozal bəyin haqqını necə unutmaq olar?! O uşaqların istefa qışqırmasını heç cür anlamıram. Yəqin onları kimsə öyrədib ki, düşüblər ortalığa” – deyə Nadirov əlavə edib.
 
Daha sonra belə hərəkətlərin komandanın çıxışına da mənfi təsir göstərdiyini deyən Adil Nadirov bunları da söyləyib: “Adam komandaya hər günündə dəstək olar. Nə oldu, a bala? 3-4 ay bundan qabaq bu komanda Avropada tarix yazanda bu rəhbərlikdən yaxşısı yox idi? Bir dözərdiniz də. Bəlkə, komanda AZAL-ı udacaqdı? Bu komandada mənim qədər haqqı olan 2-ci bir adam yoxdu. Amma insan “Azersun Holdinq”in, Goozal bəyin etdiklərinə necə kor ola bilər? Bu gün Qarabağ`ı Azərbaycanda hamı sevir. Mən bu işi belə qoymayacam. Əgər siz Ağdamlısınızsa, mən də Ağdamlıyam. Hər halda məndən betər ağdamlı ola bilməzsiniz. Yaxşı günün dostu hamı ola bilər. Amma dar gündə insanın iç üzü meydana çıxır. Qarabağ`la bağlı bağlı kimin sözü varsa gəlsin mənə desin. Bütün Azərbaycan Qarabağ`dan danışır. Bunlar isə Qarabağ`ı içəridən parçalamağa çalışır. Komandanı əsl sevən insan belə etməz! Mən çox şeyə danışa bilərəm. Amma insan gərək vicdanını hiss etsin. Əlini ürəyinin üstünə qoysun ki, mən etdiyim düzdü, ya yox? 9 il ərzində görmüsüz ki, bir futbolçu Qarabağ`dan, Azersun`dan şikayət etsin? Bu gün hansı klubun Qarabağ` kimi daimi dayağı var? Əgər Azersun`un bu siyasəti olmasaydı Qarabağ 2 il Avropada pley-off oynaya bilərdi? Qarabağ hələ o günə qalmayıb ki, hər yetən ona daş atsın”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.