25 noyabr 2010 14:23
Millimizin kapitanı: Bəzən düşünürəm ki, boyum bir az uzun olaydı…
Millimizin kapitanı, Türkiyənin Eskişehirspor klubunun müdafiəçisi Rəşad Sadıqov maraqlı açıqlamayla çıxış edib. Azerisport.az xəbər verir ki, həmyerlimiz boyunun bir qədər uzun olmamasından narahatdı:
“Allahın işinə qarışmaq olmaz. Hər halda belə yaradıbdır. Amma bəzən boyum bir az uzun olsaydı, daha təsirli oladum, deyə düşünürəm. Amma o zaman da yetərincə çevik olmaya bilərdim yəqin. O üzdən Allah mənə nə verdisə, hər şey üçün şükür edirəm”.
