25 noyabr 2010 14:42

Rəşad Sadıqovla A-dan Z-yə hər şeydən

Millimizin kapitanı Rəşad Sadıqov hazırda şərəfini qoruduğu Türkiyənin Eskişəhərspor klubunun rəsmi jurnalına müsahibə verib. Azerisport.az xəbər verir ki, həmin müsahibədə həmyerlimizin tanıtması da diqqətçəkən olub. Həmin bölüm də daxil olmaqla, müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:
 
Ertoğrul Sağlamın Kayserispor’unun əsas stopperi, Kocaelispor’un sonuncu Superliqa heyətinin ‘1 nömrəsi’ydi Rəşad Sadıqov. Azərbaycanlı futbolçu 3-cü Türkiyə səfərinə isə Es-Es üçün çıxdı. Rəşad daha öncə iki dəfə Türkiyəyə gəldi. Bunların birincisində Ertoğrul Sağlamın Kayserispor’u üçün. Orada hər şeyin tam yaxşı getdiyi düşünüldüyü bir vaxtda yaşadığı stress onun bütün planlarını alt-üst etti. Ardından gəldiyi Kocaelispor isə, onun komandaya qatıldığı ikinci dövrədə topladığı 20 xala rəğmən aşağı liqaya düşməkdən yaxa qurtara bilmədi. Sadıqovun Türkiyə macərasındakı 3-cü dayanacağı isə Eskişehirspor oldu.
 
- Futbola nə vaxt və necə başladın?
- 10 yaşımda olarkən futbol oynamağa başladım. Hər uşaq kimi mənim də futbola qarşı böyük bir marağım və sevgim vardı. Amma anamla atam futboldan çox, təhsilimə maraq göstərməyimi istəyirdilər. Futboli çox sevdiyim üçün israrla davam etdim. O dönəmdə Sovetlər Birliyi yeni dağılmışdı. Azərbaycanda futbol adına imkanlar çox da geniş deyildi. Klubların futbol şöbələri kasıb idi, futbol məktəbləri yox idi. Bir neçə məşqçi vardı və onlar gəncləri çalışdırırdı. O üzdən ailəm futbol oynamağımın vaxt itirməkdən başqa nəyəsə yaramayacağını düşünürdü. Amma bu gün düşünəndə o zaman doğru bir qərar verdiyimi düşünürəm.
 
- İlk peşəkar müqavilənə Turan`da imza atdın, eləmi?
- Bəli, 18 yaşımda Turan’a keçdim. Bir il orda oynadıqdan sonra bizim ən tanınmış klubumuz olan Neftçi’yə transfer oldum.
 
- Neftçi`də olarkən həm də milli komandanın qapıları üzünə açıldı…
- Bəli. Elə Neftçi’də olarkən millidə də oynamağa başladım. O dövrdə 19 yaşımdaydım. Öncə gənclərdən ibarət komandaya çağırıldım, sonra əsas yığmaya yüksəldim.
 
- Bir dönəm İranda da futbol oynadın…
- Azərbaycan Futbol Federasiyasındda bir problem vardı. Ona görə həmin dövrdə çempionatlar dayandırıldı. O dövrdə mənə İrandan bir təklif gəldi. Mən də futboldan uzaq qalmamaq üçün oraya getdim. Amma İranda yaşamaq çox çətin idi. Yarım mövsüm orada oynadıqdan sonra Azərbaycanda yeni çempionat başlayan kimi mən də geri döndüm.
 
- Ardından Kayserispor’a transfer olaraq Türkiyə futbolsevərlərilə tanış oldun. Bu, necə gerçəkləşdi?
- 23 yaşımda olarkən Kayserispor’a transfer oldum. O mövsüm Kayserispor’u çalışdıran Ertoğrul Sağlam məni dəvət etdi. Neftçi’də olarkən Anderlecht ilə Çempionlar Liqasının seçmə oyununa çıxmışdıq. Öz meydanımızda 1:0 qazandığımız matçı məşqçimiz də seyr etmişdi. Mənə bir təklif irəli sürdü. Mən də qəbul edib, gəldim. Beləcə buradakı ilk məşqçim Sağlam oldu. Kayserispor’la 8 oyunda çıxdım, bunların 6-sını qazanmışdıq. Birində bərabərə qaldıq, o da Beşiktaş`la səfər oyunuydu. Tək məğlub olduğumuz oyun da Fenerbahçe ilə oldu. Sonra zədələndim. Təxminən 5 ay yaşıl meydanlardan uzaq qaldım. Zədəmi sağaldan kimi yenidən oynamağa başladım. Kayserispor’un UEFA Kuboku matçlarında oynadım. Ancaq həmin dövrdə bəzi ailəvi problemler səbəbilə ailəmin yanında olmağım lazım idi. Mən də məcburən Azərbaycana qayıtmalı oldum.
 
- Bəs orda nə iş görürdün?
- Ora qayıdanda futbol oynaya bilmirdim. Lisenziya problemim vardı. Basketbol komandasının kapitanı mənim uşaqlıq dostum idi. Gəl, ən azından bizimlə məşq edərsən dedi. Mən də idmandan ayrı qalmamaq üçün onlarla çalışdım, bəzən basketbol matçlarında qısa müddət oynadım da. Onsuz hələ lap əvvəllər də basketbol və tennis oynayırdım. Çünki idmanın hər növünü çox sevirəm.
 
- Ardından yarım mövsümlük bir Kocaelispor macəran var…
- 2008-09 mövsümünün ikinci yarısında Kocaelispor’a gəldim və o son 3-4 matça qədər 20 xal topladıq. Sonradan matçlara əvəzedici komandanın uşaqları çıxdı. Ama ilk dövrədə komanda sadəc 9 xal toplamışdı. O üzdən komandanı xilas etmək çox çətin idi. Taner Güllerin zədələnməsi də bizi çox pis vəziyyətdə qoydu. Bəzi matçlarda çox şanssız xallar itirdik. Beşiktaş’a qarşı 1:0 qalib gələrkən, 80-ci dəqiqədə penalti oldu, sonrasında da matç əldən çıxdı. Denizli matçında 2:1 geridəykən penaltini vura bilmədik. Məncə o komanda ilk dövrədə olsaydı çempionatı çox rahat orta sıralarda bitirə bilərdik.
 
- O mövsüm Kocaelidəki matçda Es-Es’e qarşı da forma geymişdin. Komandanızın 1:0 qazandığı matçda ilk dəfə bizə qarşı oynadın. O dönəmdə bir gün burada oynayacağın ağlından keçmişdimi?
- O zaman keçməmişdi təbii ki. Amma hər kəs Eskişehirspor haqqında çox inamlı danışırdı. Tərəfdarın, camiənin büyüklüğünü, əvvəlki dövrlərdəki uğurlarını, öz çəkisi olan bir komanda olduğu danışılırdı.
 
- Kocaelispor’da oynarkən götürdüyün forma nömrəsi qəribə idi. Bunun bir hekayəsi varmı?
- Mən daha çox 14 nömrəli formanı geyinirdim. Ora gələndə 14 nömrənin başqasında olduğunu bildirdilər. Boş olan nömrələrə baxanda “1”-in boş olduğunu gördüm. Orda qapıçı Kılıçarslan 14-ü geyirdi. Ona görə dedim ki, o mənim nömrəmi alıbsa, mən də ona aid olan nömrəni götürüm.
 
- Ancaq komanda sonda elitanı tərk edincə, sən də klubla yollarını ayırmaq məcburiyyətində qaldın…
- Mən əslinda oranı çox sevmişdim və qalmak istəyirdim. Amma Azərbaycanda Qarabağ komandasının baş məşqçisi eyni zamanda mənim çox yaxın bir dostum idi. Avropa Liqası matçları oynayacaqlardı və yardım etməyim üçün məni çağırdılar. Avroliqanın seçmə mərhələsinin 2-ci turunda Rosenborg’u mübarizədən kənarlaşdırdıq (Burda Norveç təmsilçisi üzərində qələbəni gətirən qolun müəllifinin məhz Rəşad olduğu vurğulanıb - red.). Sonrakı turda Finlandiyanın Honka klubunu keçdik və pley-off mərhələsinə adladıq. Lakin o turda Twente’yə uduzduq. Ancaq komandadakı çox gözəl durumu görüncə, orada qaldım. Ardından bu mövsümün əvvəlində yenə Avroliqanın pley-off mərhələsinə yüksəlsək də, Borussia Dortmund’a məğlub olaraq, qruplara qalma şansını qaçırdıq.
 
- Bəs Es-Es’ə transferin necə gerçəkləşdi?
- Menecerim zəng vurdu və Eskişehirspor’un məni istədiyini söylədi. Gəldim, görüşdük və anlaşdıq.
 
- Sabiq məşqçiniz sənin nəyə görə oynadılmağınla bağlı suallara bir qayda olaraq “hələ hazır deyil’ şəklində cavablar verdi. Səncə hazırmıydın? Çünki eyni dönəmde milli komandanın Almaniya və Avstriya matçlarında oynamışdın…
- O dönəmde komandamız taleyüklü oyunlara çıxırdı. Məncə həmin dövrdə məşqçimiz fərqli oyunçulara şans verməklə risk almaq istəmədi. Bəlkə mənə və mənim durumumdakı digər yoldaşlara həmin çətin qarşılaşmalar keçdikdən sonra şans verməyi düşünürdü. Mən də bunu normal olaraq qəbul edirdim. Çünki komandanın durumu çox da yaxşı deyildi. Mən də əlimdən gələni edirdim. Amma bunu ‘hazır deyil’ şəklində dəyərləndirməmək lazımdır. Mən bu yaz heç tətil etmədim. Hər kəs istirahət edərkən, mən Qarabağ`la Avroliqada 3 mərhələ keçdim. Mövsümü məhz həmin oyunlara görə erkən açmışdıq. Ardından komandanın təlim-məşq toplanışına qatıldım. Sadəcə Eskişehirspor’a alışmaq üçün bir az zamana ehtiyacım vardı. Çünki müdafiə oyuncusuyam və birlikdə oynayacağım yoldaşlarımı tanımağım lazım idi. Amma yenə qərar baş məşqçimizin idi. Daha bu məsələ üzərində çox dayanmaq istəmirəm. Onsuz da hər şey geridə qaldı.
 
- Bu arada milli komandamıza vurduğun qol bir anda səni Türkiyənin gündəminə daşıdı...
- Mən uğurların üstündə durmağı o qədər də sevmirəm. Onun üstündə çox dursan, sonrakı matçlarda konsentrasiya problemi yaşarsan. Bir müdafiə oyuncusuyam, beynimdə bunlarla matça çıxsam, meydanda böyük problemlər yaşaya bilirəm. Hələ ki indiki dönəmdə çox taleyüklü matçlara çıxırıq. Ona görə indi millini unudub, bütün diqqətimiz burdakı məşqlərimə, oyunlarıma yönəltmək istəyirəm.
 
- O dönəmdəki bəzı açıqlamaların Hiddink’in rəhbərlik etdiyi Türkiyə millisinin əvvəlki qədər güclü görmədiyin şəklində şərh olunmuşdu…
- O dövrdə mənim söylədiklərim yanlış anlaşıldı. Mənə o matçda həyata keçirdiyimiz korner taktikamızı soruşdular. Mən də daha öncəki matçda da eyni taktikanı həyata keçirməyə çalışdığımızı, amma istəyimizə çata bilmədiyimizi demişdim. Amma indiki Türkiyə millisində o dövrdə də oynayan sadəcə bir oyunçu var. Heyət böyük ölçüdə dəyişdi. Yəni bu anki Türkiyə millisi fərqli oyunçulardan təşkil olunduğu və bizi tanımadıqları üçün bu qolu vura bildik demək istəmişdim. Həmin oyunun keçirildiyi arenanın qazonu da pis idi. O matçı TV başında izləyəndə, bunları anlaya bilməzsiniz. Amma Türkiyə kimi texnikalı oyunçulardan təşkil olunmuş yığmanın o sahədə istədiyi futbolu oynaması asan deyildi. Bu oyunla bağlı bir məqam da var idi. Burda yayımlanan bütün idman proqramlarını bizimkilər də izləyə bilir. Burada “Azərbaycanı rahat yenərik, Azərbaycandan 6 xalımız var” şəklində açıqlamalar təbii ki, qarşı tərəfin daha da istəkli oynamasını şərtləndirirdi. Bəlkə də daha çox bu üzdən matça yaxşı konsentrasiya olmuşduq, ən azından uduzmamaq istəyirdik. Açığı mən də qələbə qazanacağımız çox da düşünmürdüm. Bizim də vəziyyətimiz yaxşı deyildi. İki matç üst-üstə yenilmişdik. Komandada 4-5 aparıcı oyunçu yox idi. Çok böyük təzyiq altındaydıq və bu oyuna son matçımız kimi çıxdıq.
 
- Eyni dönəmdə komandamızda da baş məşqçi dəyişikliyi oldu və sən əsas heyətə düşməyə başladın... Bülent Uygun haqqında nələr düşünürsən?
- Peşəkar futbolda belə şeylər ola bilir. Futbolçu, məşqçi, ya da başkan dəyişə bilir. Bülent Uygun mənim öncədən də tanıdığım bir məşqçiydi. Mənim azerbaycanlı bir dostum vardı. Sivasspor’da Bülent Hoca’yla birlikdə çalışmışdı. Ondan da çox şey eşitmişdim. Qismət oldu və o bizim komandamıza gəldi. Buna görə çox şadam.
 
- Onun gəlişiylə komandamız çoxmu dəyişib?
- Təbii ki, dəyişən şeylər var ki, bu da nəticədə əksini tapır. Hafta içində necə çalışırsan, elə də oyun göstərirsən. Pis çalışıb, qələbə qazanmaq, eyni zamanda bunun əksi mümkün deyil. 90 dəqiqəlik matç, komandanın bir həftə içində necə çalışdığının aynasıdır. Bülent Hoca hər idmana və idmanın hər bir dəqiqəsinə diqqət edir. Məsələn mən indi məşqlərə də matça çıxırmış kimi gedirəm. Məşqlərdə bir şey almalıyam ki, bunu oyunda da göstərə bilim. Çünki bu Türkiyə Superliqasıdır. Burada qaçmadan, mübarizə aparmadan uğur qazana bilməzsən. Hər çempionatın bir özəlliyi vardır. Türkiyə çempionatında uğur qazanmaq üçün oyunçunun istəkli, mübariz olması, meydanda savaşması lazımdır.
 
- Eskişehir və Eskişehirspor istədiyin kimi görə bildinmi?
- Sözün doğrusu duymuşdum, tərəfdar, komanda olaraq klubumuzun bu qədər böyük olduğunu bilmirdim. Hər kəs yaxşı deyirdi. Amma görməyinə adam bilmir. Belə bir komandaya gəldiyim üçün çox xöşbəxtəm.
 
- Komandanın qarşıdakı oyunları haqda nə düşünürsən?
- Mənim üçün nəsə söyləmək çətindir. Önümüzde ilk dövrənin sonuna qədər 7 oyun var və bunların 4-ü çox çətin keçəcək. Fenerbahçe, Beşiktaş, Trabzonspor və Kayserispor matçları. Bu oyunların hər dəqiqəsinə yaxşı köklənməyimiz lazımdır.
 
- Son olaraq tərəfdarlara bir mesajın olacaqmı? Onlar da səni çox gözləmişdilər və oynayacağın günü gözləyirdilər…
- Onlara tək söyləmək istədiyim şey budur ki, həmişə bizim arxamızda olsunlar. Buraya gələn bütün komandalar tərəfdarlarımızın təzyiqindən qorxur. Azarkeşlərimiz bu baxımdan özlərini yaxşı tanıdıblar. Komanda, rəhbərlik, azarkeş olaraq, hamımız bir yumruq kimi birləşsək, o zaman uğurlar da gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.