25 noyabr 2010 14:51

Əfran İsmayılov Qarabağ`la müqaviləsinin müddətini uzatdı

Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Qarabağ klubu ilə 2011-ci il mayın 31-də başa çatacaq müqaviləsini uzatmağa qərar verib. Azerisport.az xəbər verir ki, bu haqda 22 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
 
Onun sözlərinə görə, yeni müqavilənin müddəti 2 illik, daha dəqiqi 2013-cü il mayın 31-dək nəzərdə tutulub. İsmayılov bildirib ki, hazırkı sövdələşmə əvvəlkindən daha sərfəlidir. Lakin digər klubların təklif etdiyi məbləğ bundan da böyük olub. Gənc futbolçu isə məhz baş məşqçi Qurban Qurbanova görə Qarabağ`da qalmağa razılıq verib: “Mənim üzərimdə Qurban müəllimin böyük əziyyəti olub. Onun əməyini yerə vurmaq istəmədim. Bu səbəbdən, digər klubların daha sərfəli təkliflərini rədd edərək, hazırkı komandamda qalmağı məqsədəuyğun saydım”.
 
Lakin İsmayılov xarici klublardan təklif gələcəyi halda, Qarabağ`ı tərk edəcəyini söyləyib. Bu isə 2011-ci ilin yayından tez olmayacaq: “Ağır zədədən sonra yenicə məşqlərimi bərpa etmişəm. Meydançalarımızın ot örtüyü da elədir ki, istədiyin kimi hazırlıq keçə bilmirsən. Komandamızın yanvarda Türkiyədə keçirəcəyi təlim-məşq toplantısında tam qüvvə ilə məşq edə biləcəyəm. İnşallah, əvvəlki formamı yığıb, xarici klublardan birində oynamaq istəyirəm. Belə bir təklif gəlsə, Qarabağ`ı tərk edəcəyim haqda rəhbərliklə razılığa gəlmişəm”.
 
Qeyd edək ki, Qarabağ klubunun aşağı yaş qrupundan yetişən Əfran İsmayılov bu mövsüm Avropa Liqasında 5 qol vurub. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.