25 noyabr 2010 15:04
Rüfət Quliyev: Neftçi`də son nöqtəni qoyan futbolçu tapılmadı
Neftçi`nin 17 yaşlılardan ibarət komandası səfərdə Turan`lı həmyaşıdları ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb. Matçdan sonra Neftçi`nin U-17 komandasının baş məşqçisi Rüfət Quliyev klubun rəsmi saytına fikrilərini bildirib:
“Oyuna o qədərdə yaxşı başlamadıq. Rəqib ilk dəqiqələrdən hücüma atılaraq təhlükəli hücumlar qurmağa başladı. Ancaq müdafiədə etibarlı oyun nümayiş etdirən yetirmələrim bu hücumların qarşısını məharətlə almağı bacardılar. Lakin, epizodların birində müdafiəmizin kobud səhvi nəticəsində rəqib fərqlənə bildi. Bunlara rəğmən ilk hissənin ortalarında öz oyunumuzu taparaq, hesabı bərabərləşdirməyə bacardıq. Hücumçumuz Cavid Muxtarzadə bu cür imkanlardan yaxşı yararlana bilir. Bu qoldan sonra bütün komanda ilə çox kəsərli hücumlar qurmağa başladıq. Fərqlənmək üçün çox imkanlarımız olmasına baxmayaraq, son nöqtəni qoyan futbolçu tapılmırdı. İkinci hissənin ortalarında hesabda önə çıxdıq. Ancaq təəsüflər olsun ki, oyunun son dəqiqələrində qələbəni əldən verdik”.
